“Bələdiyyələrin iclaslarının onlayn formatda keçirilməsi barədə parlament səviyyəsində qərar qəbul etməliyik”.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin fevralın 24-də keçirilən plenar iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, bələdiyyələr iclaslarını canlı formada keçirə bilmədikdə bunu onlayn formatda edə bilsin:
“Bələdiyyələrin ərazilərində nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, gələcəkdə bunlar öz həllini tapa bilər”.