24 fevral 2023 19:09
539

Çavuşoğlu ilə Ceyhun Bayramov arasında telefon danışığı olub

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

“İki sahil” xəbər verir ki,  bu barədə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zaman qarşıdakı dövrdə keçirilməsi gözlənilən Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə Toplantısına hazırlıq məsələləri müzakirə edilib.