25 fevral 2023 18:30
616

Azərbaycan Türkiyəyə humanitar yardımlarını davam etdirəcək

Azərbaycanın və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır.

“İki sahil” xəbər verir ki, bunu fevralın 25-də İstanbulda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.

Təbii fəlakətin baş verdiyi ilk günündən qardaş Türkiyənin yanında olduğunu qeyd edən dövlətimizin başçısı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb. Azərbaycan Prezidenti qardaş Türkiyənin bu zəlzələnin nəticələrini də tezliklə aradan qaldıracağına əminliyini ifadə etdi.