25 fevral 2023 18:40
543

Prezidentlər Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyi barədə də fikir mübadiləsi aparıblar

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə də fikir mübadiləsi apardılar.

“İki sahil” xəbər verir ki, fevralın 25-də İstanbulda reallaşan görüş zamanı Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı qarşıdan gələn ad günü münasibətilə təbrik edib.

Türkiyə Prezidenti təbrikə görə təşəkkürünü bildirdi.