25 fevral 2023 20:35
485

Prezidentin xüsusi nümayəndəsi: Xocalı faciəsini əsla unutmayacağıq

“Xocalı faciəsini əsla unutmayacağıq”.

“İki sahil” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov özünün "Twitter" səhifəsində yazıb.

“Xocalı... ağrısı hər zaman ürəyimizdə yaşayan faciə! Bu soyqırımda həyatını itirənləri dərin hüznlə yad edirik! Bu faciəni əsla unutmayacağıq!”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.