26 fevral 2023 12:10
376

Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Tvitterdə paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda deyilir:

“26 fevral 1992-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Xocalı qurbanlarını hörmət və rəhmətlə anırıq”.