26 fevral 2023 12:56
353

Nazir: Ermənistanla sülh danışıqları üzrə təkliflər bir-birimizə onlayn qaydada ötürülür

Ermənistan konstruktiv danışıqlardan əsassız şəkildə yayınır.

“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Ermənistan sülh prosesi üzrə danışıqların mahiyyətinə də ciddi zərbə vurublar.

“İndi belə demək olarsa, bu sahədə onlayn diplomatiyaya keçmişik. Şərtlər bir-birimizə ötürülür. Amma bunun nə qədər effektiv olacağını zaman göstərəcək”, - nazir qeyd edib.