26 fevral 2023 12:24
424

XİN rəhbəri: Lavrovun Azərbaycana səfəri yaxşı fürsət olacaq

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri gözlənilir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Müəyyən məsələlər var ki, onlar vaxtaşırı müzakirə etmək lazımdır. Bu görüş yaxşı fürsət olacaq. Görüşlər zamanı həm ikitərəfli münasibətlər, həm də regional məsələlər müzakirə ediləcək”, - XİN rəhbəri qeyd edib.