27 fevral 2023 00:49
536

Ermənilər ABŞ-də Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar

Ermənilər ABŞ-də Xocalı soyqırımının 31-ci ildönümündə Azərbaycan səfirliyinin qarşısında təxribata əl atıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim özünün "Twitter" səhifəsində yazıb.

“Ermənilər məhz bu gün Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaq, qadın və qocaların vəhşicəsinə öldürülməsini mahnılarla alqışlayırlar. Bu necə bir zehniyyətdir?!”, - diplomat qeyd edib.