27 fevral 2023 12:27
437

Rumıniya Deputatlar Palatasının sədri: Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır

"Azərbaycan Avropa İttifaqının strateji tərəfdaşıdır".

“İki sahil” xəbər verir ki, bunu Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakon fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbulunda olarkən deyib.

Qonaq bildirib ki, Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunmasında mühüm rola malikdir və Avropa İttifaqının strateji tərəfdaşıdır.