27 fevral 2023 13:32
394

Belarusun Baş nazirinin müavini Bakıya gələcək

Belarusun Baş nazirinin müavini İqor Petrişenko martın 2-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19-dan sonra qlobal bərpaya həsr olunmuş sammitində iştirak edəcək.

Bu barədə “İki sahil”ə Belarusun Azərbaycandakı səfirliyindən məlumat verilib.

İ.Petrişenko Azərbaycana martın əvvəlində səfər edəcək.