27 fevral 2023 17:38
356

XİN: Ermənistan Yevlaxı Naxçıvanla birləşdirən təbii qaz tranzit qurğularını sıradan çıxarıb

Ermənistan həmçinin Azərbaycanda Yevlaxı Naxçıvan ilə birləşdirən təbii qaz kəməri kimi mövcud enerji tranzit qurğularını sıradan çıxarıb. Beləliklə, işğal nəticəsində Naxçıvana qaz təchizatı kəsilmişdir.

“İki sahil” xəbər verir ki,  bu barədə XİN-dən bildirilib.

“Bu arbitraj işinin məqsədi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisində Ermənistan tərəfindən enerji ehtiyatlarının 30 ilə yaxın bir dövr ərzində qeyri-qanuni istismarı və qəsb edilməsinə cavab olaraq haqqı-ədaləti və Ermənistanın təzminat ödəməsini təmin etməkdir”, - məlumatda qeyd olunur.