01 mart 2023 22:27
749

Heydər Əliyev və dövlətçilik - FOTOLAR

Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Bununla bağlı olaraq ölkəmizdə, o cümlədən Azərbaycan Dillər Universitetində (ADU) silsilə tədbirlər keçirilir.

“İki sahil” xəbər verir ki, 28 fevral 2023-cü il tarixində Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının təşkilatçılığı və həmin fakültənin 314a qrup tələbələrinin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunan "Heydər Əliyev və dövlətçilik" adlı tədbir keçirildi. Tədbirdə ADU-nun rektorunun məsləhətçisi Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Fikrət Cahangirov iştirak etdilər.

Kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. O, belə tədbirlərə daha çox tələbələrin cəlb olunmasının vacibliyini vurğuladı. Məqsəd  gənc nəsildə Heydər Əliyev fəlsəfəsinə marağı artırmaqdır.

Qonaqlar Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat verdilər.

Sonra tələbələrin ifasında Ümummilli Liderin dövlətçilik haqqında müdrik kəlamları həm Azərbaycan, həm də alman dilində səsləndirildi, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu.

Tədbirin sonunda qonaqlarla birlikdə xatirə şəkli çəkdirildi.