11 may 2026 15:45
114

Vyanada Ümummilli Lider Heydərin xatirəsi yad edilib

Vyana şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Gənclər Konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, ASAP-ın icraçı direktoru Güldanə Dadaşova və ASAP Avstriya nümayəndəliyinin sədri Ənvər Əliyev Ulu Öndərin təhsilə və elmə, mədəni inkişafa verdiyi sistemli dəstəkdən danışıblar. Bildirilib ki, dahi şəxsiyyətin təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin bacarıqlı kadr kimi formalaşdırılması istiqamətində əməli addımlar atılıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi baş tutub. Tədbirin bədii hissəsində isə respublika və beynəlxalq müsabiqələr laureatı, “Qran Pri” mükafatçısı, Avstriyanın Anton Brukner adına konservatoriyasının magistrantı, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin ifasında musiqi nömrələri təqdim olunub.

Tədbir Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP), Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilib.