15 mart 2023 16:54
1059

Asim Mollazadə: Korsika qala-qala Fransa hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir

Korsikalıların öz dillərində danışmaq hüququ var.

“İki sahil” xəbər verir ki, bunu deputat Asim Mollazadə islamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Korsika məsələsi və təməl insan hüquqlarının pozulması" mövzusunda QHT-lərin təşəbbüsü ilə keçirilən ictimai müzakirə zamanı deyib.

“Fransada baş verənlər bütün Avropa dəyərlərinin pozulması deməkdir. Korsikalıların öz dillərində danışmaq hüququ var. Fransa hökuməti bu məsələni qoyub gəlib hansısa qondarma “artsax” məsələsi ilə məşğul olmaq istəyir. Mən inanıram ki, Fransa xalqı bu təhlükəli vəziyyəti yoluna qoyacaq. Azadlıq və qardaşlıq prinsipləri naminə", - deputat qeyd edib.