Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabag müharibəsindən sonra işğal illərində ərazilərimizin kütləvi şəkildə minalanması reallığı ilə qarşılaşdıq. Məsələ burasındadır ki, Ermənistan işğal illərində ərazilərimizin minalanmasını bir neçə istiqamətdə və bir neçə mərhələdə həyata keçirmişdi. Hətta məzarlıqlarda, evlərdə belə minalanma işini həyata keçirmişdilər. Ermənistan əraziləri minaladığına görə, xüsusən də mülki əhalinin yaşayışı üçün nəzərdə tutulan əraziləri, əkin sahələrini, məzarlıqları, minaladğına görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistan bunuhla daha bir müharibə cinayəti həyata keçirib. Ermənistanın mülki insanlaraqarşı terroru bu gün də davam edir. Ermənistan Xocalı faciəsində, Qaradağlıda, Kərkicahanda törətdiyi qətlaimları bu gün də azad olunan əraziləri minalar vasitəsilə həyata keçirir. Bu gün azad olunmuş ərazilərimizdə mülki azərbaycanlılar Ermənistanın basdırdığı minaların qurbanına çevrilirlər.
Bu fikirləri "İki sahil"ə açıqlamasında hərbi ekspert Ramil Məmmədli söyləyib.
Ekspert qeyd edib ki, ən dəhşətlisi odur ki, ərazilərimizdə aşkar olunan minalar 2021-ci ildə Ermənistanda istehsalı olunub. Biz bunu Sarıbaba dağı istiqamətində 2021-ci ilə Ermənistanda istehsalı olan tank və piyada əleyhinə olan minalarının aşkar olunması zamanı da gördük. Deməli, Ermənistan müharibədən sonra da ərazilərimiəz mina daşıyır. Təəsüflər olsun ki, beynəlxalq təşkilatlar bu məsələyə hədsiz laqeyd münasibət göstərirlər. Birmənalı olaraq beynəlxalq qurumlar bu məsələyə sərt münasibət göstərməlidirlər və Ermənistanın məsuliyyətə cəlb edilməlidir.
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir