16 mart 2023 16:14
335

Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır - Prezident İlham Əliyev

Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə çıxışında deyib.

Dövlət başçısının sözlərinə görə, onların demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib: “Torpaqlarımız azad edildikdən sonra bir neçə yerdə kütləvi məzarlıq aşkar etmişik. Ermənistan hələ də azərbaycanlı itkinlərin taleyi barədə məlumat verməkdən yayınır”.