16 mart 2023 17:20
326

TDT liderləri Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın İrandakı səfirliyində törədilən terror aktını pisləyib.

“İki sahil” xəbər verir ki, bu barədə TDT liderlərinin Zirvə görüşünün yekunlarına dair Ankara Bəyannaməsində deyilir.

“TDT ölkələrinin liderləri təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün tez və hərtərəfli araşdırmanın aparılması üçün çağırış edib”, - qeyd olunub.