17 mart 2023 11:13
323

Milli Məclisin iclası başlayıb, Nazirlər Kabinetinin Hesabatı dinləniləcək

Milli Məclisin iclası başlayıb.

“İki sahil” xəbər verir ki, iclasın gündəliyinə Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabat daxil edilib.

Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və Konstitusiyaya uyğun olaraq, Nazirlər Kabineti 2022-ci ildəki fəaliyyətinə dair hesabat verir.

Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatı Baş naziri Əli Əsədov təqdim edəcək.