Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərində törədilən qanunsuz fəaliyyətlər açıqlanıb.
“İki sahil” xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.
Sənəddə qeyd edilib ki, hesabat ili ərzində Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti yerləşdirildiyi ərazilərində, xüsusən təbii sərvətlərin istismarı, infrastruktur və sosial obyektlərin inşası, həmçinin həmin ərazilərə turist səfərlərinin təklif edilməsi kimi qanunsuz fəaliyyətlərə rast gəlinib. Qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün müvafiq addımlar atılıb.
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir