17 mart 2023 12:10
357

Azərbaycanın resursları böyükmiqyaslı infrastruktur layihələrini reallaşdırmağa imkan verir - Sahibə Qafarova

Ötən il ümumi daxili məhsul 4,6 faiz artıb. İqtisadi artım əsasən qeyri-neft sektoru hesabına əldə olunub, ixrac iki dəfədən çox artıb, ölkənin valyuta ehtiyatları il ərzində 5,3 milyard dollar artaraq 58,5 milyard dollara çatıb.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı ilə bağlı keçirilən plenar iclasında deyib.

Milli Məclisin sədri vurğulayıb ki, bu gün Azərbaycanın malik olduğu resurslar böyükmiqyaslı infrastruktur layihələrini həyata keçirməyə imkan verir. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri sürətlə davam etdirilir.