Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə "İki sahil"ə FHN-dən bildirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində açıq ərazidə məişət tullantılarının yanması barədə ilkin məlumat daxil olub.
Qeyd edilib ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.