25 mart 2023 00:54
390

Gəncədə iməcilik işləri davam etdirilir - FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq tapşırığına əsasən, Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində iməcilik işləri aparılır.

“İki sahil” xəbər verir ki, bu dəfə sözügedən işlər İmamzadə Ziyarətgahının ərazisindən keçən və Samux rayonunda əkin sahələrinin suvarılması üçün nəzərdə tutulan su kanalında həyata keçirilib. Kanalın daşma təhlükəsi nəzərə alınaraq MKTİB-nin xüsusi texnikaları və canlı qüvvəsi tərəfindən məişət və digər tullantılardan təmizlənib, suyun maneəsiz axımı təmin edilib. Bununla yanaşı, şəhərdə mövsümü gül əkini davam edir. Belə ki, Gəncənin Nizami Gəncəvi prospektində yerləşən dairələrə, qərb istiqamətindəki maqistralın hər iki tərəfinə və Qala Qapıları ərazisinə, primula, kalseolyariya, suzan, lavanda və rozmarin gül kolları əkilib.

Qeyd olunan ərazilərdə mövcud yaşıllıqlar, güllər və gül kollarına aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.