Bu gün Bakı Olimpiya Stadionunda "Qarabağ" ilə "Qalatasaray" arasında xeyriyyə məqsədi ilə qardaşlıq oyunu keçirilib.
“İki sahil” xəbər verir ki, oyunun 4-cü dəqiqəsində qonaqların futbolçusu Bafetimbi Qomis hesabı açıb. 19-cu dəqiqədə isə Reydon Cica "Qarabağ"ın bərabərlik qolunu vurub.
Qarşılaşmanın 87-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən Mauro İkardi yenidən "Qalatasaray"ın qələbə qolunu vurub– 1-2.
Qeyd edək ki, komandalar arasında eyni məqsədlə keçiriləcək növbəti oyun Türkiyədə reallaşacaq.
26 mart
Xeyriyyə (qardaşlıq) oyunu
20:00. "Qarabağ" 1-2 "Qalatasaray"
Qol: Bafetimbi Qomis, 4 (0:1), Reydon Cica, 19 (1:1), Mauro İkardi, 87 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.
***
"Qarabağ" ilə "Qalatasaray" arasında xeyriyyə məqsədi ilə keçirilən qardaşlıq oyununda qonaqlar yenidən hesabda önə keçib.
“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin qolunu oyunun 87-ci dəqiqəsində penalti zərbəbəsini dəqiq yerinə yetirən Mauro İkardi vurub.
***
"Qarabağ" ilə "Qalatasaray" arasında xeyriyyə məqsədi ilə keçirilən qardaşlıq oyununda birinci hissə başa çatıb.
“İki sahil” xəbər verir ki, komandalar fasiləyə 1-1 bərabərliklə yollanıblar.
***
"Qarabağ" - "Qalatasaray" oyununda hesab bərabərləşib.
“İki sahil” xəbər verir ki, oyunun 19-cu dəqiqəsində təmsilçimizin heyətində Reydon Cica fərqlənib.
***
Bakıda "Qarabağ" və Türkiyənin "Qalatasaray" komandaları arasında yoldaşlıq oyunu başlayıb.
“İki sahil” xəbər verir ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma saat 20:00-da start götürüb. Matçı FIFA referisi Əliyar Ağayev idarə edir.
Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.
Oyunda hesab açılıb. Bafetimbi Qomis fərqlənib.
26 mart
Xeyriyyə (qardaşlıq) oyunu
20:00. "Qarabağ" 1-2 "Qalatasaray"
Qol: Bafetimbi Qomis, 4 (0:1), Reydon Cica, 19 (1:1), Mauro İkardi, 87 (1:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmrəli, Tural Qurbanov
Bakı Olimpiya Stadionu.