29 mart 2023 23:42
458

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-2

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

***

Bakıda yaşayış binasında yanğın başlayıb.

Bu barədə "İki sahil"ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.