30 mart 2023 09:14
421

Beyin əməliyyatı keçirərkən 4 saat gitara çaldı

Meksikada beynində şişdən əməliyyat olunan 55 yaşlı musiqi müəllimi üzərində aparılan əməliyyat zamanı 4 saat gitara çalıb.

Cərrah əməliyyat zamanı xəstənin şüurunun özündə olmasının vacibliyini bildirdikdə, müəllim gitara çalmağa üstünlük verib. Beləliklə, onun danışma və eşitmə kimi funksiyalarına əməliyyat zamanı rahatlıqla nəzarət etmək mümkün olub.

Əməliyyatı həyata keçirən cərrah Celia Teresa Alvarez xəstəsinin əməliyyat zamanı heç bir ağrı hiss etmədiyini bildirərək, bu üsul sayəsində 2 həftə kimi qısa müddətdə gündəlik fəaliyyətini müstəqil şəkildə həyata keçirə bildiyini bildirib.

Nayarit ştatı tarixində ilk dəfə tətbiq edilən əməliyyatın problemsiz keçib.

Oxu.Az