01 aprel 2023 13:21
229

Moldova və Ukrayna prezidentləri enerji təhlükəsizliyi məsələsini müzakirə edib

Moldova Prezidenti Mayya Sandu ukraynalı həmkarı Volodimir Zelenski ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələsini və Avropa İttifaqına inteqrasiyada birgə fəaliyyətləri müzakirə edib.

“İki sahil” xəbər verir ki, Mayya Sandu bu barədə özünün feysbuk hesabında yazıb.

“Mən Ukrayna Prezidenti ilə gündəlikdə duran məsələləri, o cümlədən infrastrukturun modernizə edilməsi və genişləndirilməsi layihələri üzrə əməkdaşlığımızı, enerji təhlükəsizliyinin gücləndirilməsini müzakirə etdim. Həmçinin Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar prosesinin başlanması üçün səylərimizi daha yaxşı koordinasiya etmək barədə razılığa gəldik”, - deyə Moldova Prezidenti bildirib.

Mayya Sandu Volodimir Zelenskini ölkəsinin bundan sonra da Ukraynanı dəstəkləyəcəyinə əmin edib.

Ukraynanın dövlət başçısı moldovalı həmkarı, həmçinin Slovakiya, Sloveniya və Xorvatiyanın baş nazirləri Eduard Heger, Robert Qlob və Andrey Plenkoviçlə birlikdə Rusiya ordusunun qətliam törətdiyi Buça şəhərinə səfər edib.