Ermənistanın Sünik rayonunun Tex-Kornidzor sahəsində sərhədləri dəqiqləşdirmək məqsədilə Ermənistan və Azərbaycan nümayəndələri arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzinə istinadən məlumat yayıb.
"Tex-Kornidzor sahəsində Ermənistan Respublikası və Azərbaycan Respublikasının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində aparılan işlər nəticəsində sahədə vəziyyət xeyli yaxşılaşıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - məlumatda bildirilib. (Report)
“Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib - VİDEO
Nazirliyin Aparatının rəhbəri Fuad Musayev Kürdəmir rayonunda vətəndaşları qəbul edib
FHN suda boğulma hallarında xilasetmə əməliyyatları ilə bağlı təlim keçirib - VİDEO