“Türk dövlətlərinin zəngin maddi və mənəvi irsinin qorunaraq gələcək nəsillərə çatdırılmasında TÜRKSOY-un rolu əvəzolunmazdır”.
“İki sahil” xəbər verir ki, bunu TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O söyləyib ki, geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin movcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir: “Bu xüsusda TÜRKSOY-a üzv dövlətlərin UNESCO üzrə Milli Komissiyalarının Türkiyənin Bursa şəhərində keçirilən 8-ci iclasında qəbul edilən qətnamələrdə qeyd olunan məsələlərin, xüsusilə təbii və mədəni irsin qorunmasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamaq istərdim”.
M.Babayev vurğulayıb ki, Azərbaycan Respublikası UNESCO ilə əməkdaşlığa 1992-ci ildən etibarən başlayıb və bir çox sahələr üzrə uğurlu fəaliyyətlər həyata keçirilib: “Ötən dövr ərzində Azərbaycanın bir sıra zəngin mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahısına daxil edilib və qlobal miqyasda öz layiqli yerini tutub.
Biocoğrafi cəhətdən Azərbaycanın unikal bir ərazidə yerləşməsi və bunun nəticəsində müxtəlif ekosistemlərin formalaşması bizə bu ərazilərinin bəzilərinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsinə imkan yaradır”.
Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir