07 aprel 2023 12:38
392

İran və Ermənistanın pulu ilə maliyyələşənlər Azərbaycan haqqında yalan məlumatlar yayırlar- Siyavuş Novruzov

“İran və Ermənistanın pulu ilə maliyyələşənlər xaricdə Azərbaycan haqqında yalan məlumatlar yayırlar”.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklərin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, hər gün saxta informasiyaların şahidi olur.