“Biz Cənubi Qafqazdakı durumu da müzakirə etdik”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7-də Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Türkiyənin arzusu Azərbaycanla Ermənistan arasında ən qısa müddətdə sülh müqaviləsinin imzalanmasıdır: “Biz istəyirik ki, regionda sülh olsun. Mən həmkarımla Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan arasındakı münasibətlər barədə də danışdım”.
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir