Fransada Marselin mərkəzində yaşayış binasının uçması nəticəsində azı 5 nəfər xəsarət alıb.
Bu barədə şəhərin meri Benua Payan BFM televiziyasına bildirib.
“Beş nəfər xəstəxanaya yerləşdirilib” – mer deyib. Mer qeyd edib ki, davam edən yanğın səbəbindən axtarış-xilasetmə işlərinə hələ də başlamaq mümkün deyil. "Qurbanların olacağına hazırlaşmalıyıq" - deyib.
Bundan əlavə, qonşu binanın uçma riski var.
Hadisə yerli vaxtla 00:40-da baş verib. İlkin versiyaya görə, səbəb hələlik müəyyən edilməyən partlayış olub. Eyni zamanda, BFM-in məlumatına görə, hadisə şahidləri hadisə yerində kəskin qaz iyinin gəldiyini bildirirlər.
***
Aprelin 9-da gecə Marselin mərkəzində yaşayış binası uçub.
“İki sahil” xəbər verir ki, bu barədə mer Benua Payan tviterdə məlumat yayıb.
“5-ci məhəllənin Tivoli küçəsində yaşayış binası uçub. Xilasetmə xidmətləri işləyir”, - o yazıb.
Bir sıra Fransa KİV partlayışdan sonra binanın uçduğunu bildirib.