Xoş ənənələrə əsaslanan Azərbaycan-Kuba əlaqələri bu gün uğurla inkişaf etməkdədir.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubunda deyilir.
"İnanıram ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - məktubda vurğulanır.
Prezident İlham Əliyev sükan arxasında Ramzan Kadırov ilə birlikdə "Ağ Şəhər"ə doğru hərəkət edib - FOTO
Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər