11 oktyabr 2026 14:53
298

VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olundu

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirələr davam etdirilir.

“İki sahil” xəbər verir ki, Bərdə Gigiyena və Epidemiologiya Mərkəzində yerləşən "S.Vurğun küçəsi -164" ərazi partiya təşkilatında keçirilən müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müşavirəni giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya dövlət başçısı, Partiyamızın Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultaydakı  nitqində səslənən  suverenliyimizin bərpasından sonra yaranmış yeni reallıqların yeni prioritet istiqamətlər və hədəfləri zərurətə çevirdiyinə diqqət çəkib. Bildirib ki, YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük əhəmiyyətə malik,  mühüm hadisəyə çevrilib. Faqət Şadlinskaya VIII Qurultayda Müzəffər Lider, ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin parlaq nitqindən irəli gələn məsələlərdən və qarşıda duran vəzifələrdən danışıb, ayrı- ayrı müddəaların gələcəyimiz üçün yeni ideya və prioritet istiqamətlər mənbəyinə çevrildiyini vurğulayıb. Və burada qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəal iştirakının vacibliyini qeyd edib.
 
Tədbirdə çıxış edən "16 saylı S. Vurğun küçəsi164" ərazi partiya təşkilatının sədri Qiymət İsgəndərova çıxış edərək bildirib ki, VIII Qurultayda ölkə Prezidenti, Partiyamızın Sədri cənab İlham Əliyevin  nitqində vurğuladığı kimi,   Ulu öndər Heydər Əliyevin dahi dühasının məhsulu olan Yeni Azərbaycan Partiyası bugün təkcə ölkəmizdə deyil, regionun ən böyük və ən nüfuzlu Partiyasıdır. ƏPT sədri, həmçinin YAP-ın zərurətdən yarandığı dövrün  xarakterizə edilməsinin və daim gənclərə çatdırılmasının əhəmiyyətini qeyd edib, Yeni Azərbaycan Partiyasının nəinki ölkəmizdə, həm də regionda artan rolundan danışıb.  

YAP- ın VIII Qurultayının nümayəndələri Elməddin Əsgərxanov və Səfurə Hümbətova cənab Prezidentin parlaq nitqindən müxtəlif müddəaları təhlil edərək iştirakçıların diqqətinə çatdırıb.

Sonda VIII Qurultayın tələbləri və qarşıda duran məsələlər ətrafında partiya üzvlərinin fəallığının daha da artırılmasının vacibliyi vurğulanıb.