24 aprel 2023 00:38
467

Yeni təsis edilən sərhəd-buraxılış məntəqəsi işıqla təmin olunub

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi Azərişıq ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.