27 aprel 2023 10:14
500

Türkiyə səfiri İrəvanda “Nemezis abidəsi”nin açılmasını pisləyib

"İrəvanda “Nemezis abidəsi”nin açılmasını şiddətlə qınayırıq”.

“İki sahil” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı özünün "Twitter" səhifəsində yazıb.

“Tarixi həqiqətləri axtaranlar arxivlərə baxmalıdırlar”, - o bildirib.

Qeyd edək ki, aprelin 25-də Ermənistanın paytaxtı İrəvan şəhərində "Nemezis" terror əməliyyatına həsr olunan abidənin açılışı olub.