Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə Qazaxıstanın Avropa İttifaqı, Belçika, Leksemburq və NATO-da səfiri Margulan Baymuxan ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə Twitter-də paylaşım edib.
O, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Qazaxıstana uğurlu səfəri və Qazaxıstanın paytaxtında Heydər Əliyev küçəsinin açılışı barədə xoş söhbət etdiklərini bildirib.
“Biz, həmçinin ölkələrimiz arasında Transxəzər layihələri üzrə əməkdaşlığı, o cümlədən Aktau-Bakı-Ceyhan marşrutu ilə Avropaya daşınan, Azərbaycanla Qazaxıstan arasında 1,5 milyon ton Qazaxıstan neftinin Azərbaycan üzərindən illik tranzitinə dair beşillik sazişin imzalanmasını müzakirə etdik”, - səfir deyib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib