Aprelin 27-də Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu və Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri V.Arutyunyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə Laçın yolunda və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi bir daha təsdiqlənib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib