Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün ABŞ İrəvana təzyiq edir.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak“ nəşri yazıb.
Nəşrin yazdığına görə, Vaşinqton sülh sazişinin ilkin variantını tərəflərin may ayının sonuna qədər təsdiq etmələrini istəyir.
Qeyd olunub ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda Katib müavininin köməkçisi Erika Olson bu yaxınlarda Vaşinqton variantını İrəvana, sonra isə Bakıya gətirib.
Sənədin təfərrüatları məlum deyil, lakin bəzi mənbələrin məlumatına görə, müqavilənin Ermənistanın maraqlarına cavab vermədiyi iddia olunur.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib