“Ötən il sərhədləri aşdıq və qardaş ölkə Can Azərbaycanda “Texnofest”i təşkil etdik”.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar İstanbulda “Texnofest – 2023”ün açılış mərasimində çıxışı zamanı deyib.
O, növbəti “Texnofest”lərin dost və qardaş ölkələrdə keçiriləcəyinə ümid etdiyini söyləyib: “Cümhuriyyətimizin yaradılmasının yüzüncü ilində İzmirdə, Ankarada da “Texnofest”i təşkil etmək istəyirik. Mədəniyyətimizin elm və texnologiyadakı mövcudluğu “Texnofest” nəsli ilə davam edəcək. Mədəniyyətimizin texnologiya ilə bağlarını qorumaq üçün “Texnofest” yaşamalıdır”.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib