28 aprel 2023 17:41
888

XİN: Fransa bir dəfə belə olsun Ermənistanı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb

Əfsuslar olsun ki, özünü münaqişənin həll olunması istiqamətində "səy" göstərən tərəf kimi göstərən Fransa tərəfi 30 il ərzində bir dəfə belə olsun Ermənistanı apardığı qeyri-qanuni işğal siyasətinə görə qınamayıb.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

“Fransa tərəfinin qərəzli yanaşmalar sərgiləməsi əvəzinə, Ermənistanı razılaşmalardan irəli gələn öhdəliklərin yerinə yetirməsini təşviq etməsi və Azərbaycana qarşı təxribatlardan çəkindirməsi daha faydalı olardı”, - qeyd olunub.