Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.
“İki sahil” Nazirlər Kabinetindən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulandı.
Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparıldı.
Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olundu.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib