Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib.
“İki sahil” xəbər verir ki, plenar iclasda həmçinin, Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.
İclasda çıxış edən Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova qeyd edib ki, TÜRKPA-nın beynəlxalq əlaqələrinin genişlənməsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Azərbaycan Respublikası Milli Məclisinin hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə TÜRKPA arasında cari ilin fevral ayında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu, həmçinin müşahidəçilik əsasında gələcək qarşılıqlı fəaliyyət TÜRKPA-nın beynəlxalq əlaqələrinin daha da güclənməsinə xidmət edəcəkdir.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib