29 aprel 2023 00:07
696

Azərbaycanın üç vətəndaşının minaya düşərək həlak olması bizi kədərləndirdi - İsrail səfiri

“Bu gün Azərbaycanın üç vətəndaşının minaya düşməsi nəticəsində həlak olması xəbəri bizi dərindən kədərləndirdi”.

“İki sahil” xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdəki hesabında yazıb.

“Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilədir.

Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk.

Allah rəhmət eləsin!”, - səfir sosial şəbəkə hesabında qeyd edib.