"Tərtərdə mina partlayışında üç nəfərin həlak olması xəbərini böyük kədərlə qarşıladıq".
“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko özünün "Twitter" səhifəsində yazıb.
"Dünən Tərtərdə baş vermiş mina partlayışı nəticəsində 3 nəfərin faciəli şəkildə həlak olması xəbərini böyük kədərlə qarşıladıq. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Avropa İttifaqı minatəmizlənmə səylərində Azərbaycana qətiyyətli dəstəyini davam etdirəcək”, - deyə o bildirib.
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşılıb
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib