29 aprel 2023 22:08
617

Azərbaycan və Gürcüstan parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İdman və gənclər komitəsinin sədri Adil Əliyev aprelin 29-da Gürcüstan parlamenti sədrinin müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Arçil Talakvadze ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər məsələlər diqqət mərkəzində olub.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də görüşdə iştirak edib.