30 aprel 2023 09:48
614

Ceyhun Bayramov ABŞ-yə işgüzar səfərə yola düşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycanla Ermənistan arasında “sülh sazişi” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.