Beynəlxalq dairələr təcili olaraq Ermənistana ciddi təzyiqlər göstərməlidir.
“İki sahil” xəbər verir ki, bunu ARB 24-ə açıqlamasında Trend BİA-nın direktor müavini, siyasi şərhçi Sahil Kərimli deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsinin tək yolu İrəvanın Bakı ilə sülh müqaviləsi imzalamasıdır.
"Əgər Ermənistan rəhbərliyi yenə sülhə gəlməzsə, bölgədə gərginlik davam edəcək. Bu gün Azərbaycanla sülh müqaviləsinin imzalanması ilk növbədə Ermənistana lazımdır. İrəvan sülh istəmirsə, növbəti hərbi təxribatlara hazırlaşırsa, həmişə olduğu kimi yenə də Azərbaycanın öldürücü zərbəsi ilə üzləşəcək. Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dünyanın bütün siyasi dairələri tərəfindən qəbul olunur. Sonda biz əminik ki Ermənistanın mövqeyi onun çətin dalana dirənməsiylə nəticələnəcək. Çünki hərbi və siyasi tərəfdən Azərbaycan güclüdür. Ermənistan 44 günlük acı məğlubiyyətə düçar olandan bu günə qədər heç nəyə nail ola bilmədi. Azərbaycan hərbi və siyasi cıhətdən istədiyinə nail olub. Bir neçə gün əvvəl Azərbaycan Ermənistanla sərhəddə nəzarət buraxılış məntəqəsi qurdu. Həmin məntəqənin fəaliyyəti yüksək peşəkarlıqla həyata keçirilir", - deyə S.Kərimli əlavə edib.
Müsahibənin video versiyasını təqdim edirik:
“Qayıdış hüququ və öz müqəddəratını təyinetmə” konfransının iştirakçıları ABŞ Konqresinə müraciət ünvanlayıblar
İnsan hüquqları komitəsində kibertəhlükəsizlik və rəqəmsal qanunvericiliklə bağlı mühüm dəyişikliklər nəzərdən keçirilib
“Sikh Federation International”: Bu gün Hindistan öz sərhədləri daxilində yaşayan xalqların öz müqəddəratını təyinetmə hüququnu tanımır