Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimində iştirak edəcək.
“İki sahil” xəbər verir ki, bunu müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib.
"Bazar ertəsi xanım Sahibə Qafarova ilə görüşüm oldu. O, sentyabr ayında Kraliça II Elizabetin dəfn mərasimində Azərbaycanı təmsil edib. İndi isə onu şənbə günü Londonda tacqoyma mərasimində qarşılamağı səbirsizliklə gözləyirik", - səfir bildirib.
Xatırladaq ki, III Çarlzın tacqoyma mərasimi mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək. O, Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olacaq. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.
Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib
Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
Azərbaycan Prezidenti: Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilir