04 may 2023 18:07
533

Simonyan Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Vaşinqton görüşünü müsbət qiymətləndirib

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin və Azərbaycanın XİN başçılarının ABŞ-ın paytaxtı Vaşinqtonda baş tutan görüşlərini müsbət qiymətləndirib.

“İki sahil” xəbər verir ki, Simonyan bu barədə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasında iştirak etmək üçün Ankaraya səfəri çərçivəsində bildirib.

Erməni spiker qeyd edib ki, bütün münaqişələr sülh danışıqları yolu ilə həll edilməlidir.

Simonyan hər iki XİN rəhbərinə danışıqlar prosesində uğurlar arzu edərək vurğulayıb ki, Vaşinqtonda Ermənistan və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında baş tutan danışıqlar ölkələrarası münasibətlərin müsbət səmtdə inkişafına təkan verəcək.